İdman · Teleqraf

Messi “Qızıl top”un yeni sahibinə mükafatı təqdim edə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messi “Qızıl top”un yeni sahibinə mükafatı təqdim edə bilər xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi “Qızıl top” mükafatlandırma mərasimində iştirak edə bilər.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, 39 yaşlı ulduz tədbirə şəxsən qatılacaq və əsas mükafatı yeni qalibə təqdim edəcək.

Messi karyerası ərzində 8 dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, bu uğura 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə imza atıb.

Hazırda MLS-də çıxış edən “İnter Mayami”nin formasını geyinən argentinalı futbolçu cari mövsümdə 25 oyunda 23 qol vurub.

Qeyd edək ki, 2026-cı ilin “Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑