İdman · Futbolpress.az

Azərbaycan atleti diskvalifikasiya olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan atleti diskvalifikasiya olundu xəbəri üçün şəkil

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən yerli atlet Kənan Vəliyevə qarşı ciddi sanksiya tətbiq olunub.

Futbolpress.az xəbər verir ki, idmançı dopinq nümunəsinin toplanmasından yayınma, test verməkdən imtina etmə və ya nümunəni təqdim etməmə qaydalarını pozduğuna görə cəzalandırılıb.

Qərara əsasən, 2 illik diskvalifikasiya cəzası 15 aprel 2026-cı ildən qüvvəyə minib və 15 aprel 2028-ci ilədək davam edəcək.

31 mart 2008-ci il təvəllüdlü Kənan Vəliyev “Təhsil” Respublika İdman Mərkəzinin yetirməsidir. Atletikanın nüvə itələmə və lövhə atma növlərində ixtisaslaşan idmançı yeniyetmələr arasında ölkə birinciliyinin qalibi olmaqla yanaşı, böyüklər arasında keçirilən Azərbaycan çempionatlarının (həm qapalı zal, həm də açıq havada) bürünc mükafatçısıdır. Onun şəxsi göstəriciləri qapalı zalda nüvə itələmədə 13.97 metr, lövhə atmada isə 46.13 metr təşkil edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑