Dünya · Teleqraf

Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir xəbəri üçün şəkil

BAKI, 22 oktyabr. TELEQRAF

Avropa İttifaqı suverenliyini və qlobal mövqeyini gücləndirmək üçün genişlənməyə davam etməlidir.

Teleqraf xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.

"Biz Avropa Birliyinin genişlənməsini istəyirik. Əgər Avropa Birliyi dünyada suverenliyini təsdiqləmək və açıq-aşkar güc qüvvəsi kimi qəbul olunmaq istəyirsə, o, böyüməlidir", - deyə Merz Monteneqroda Berlin Prosesi çərçivəsində keçirilən sammitdən sonra jurnalistlərə bildirib.

Merz vurğulayıb ki, Avropaya inteqrasiya üçün siyasi iradə olmalıdır.

Qeyd edək ki, Berlin Prosesi Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Serbiya, Monteneqro və tanınmamış Kosovonun Avropaya inteqrasiyasını dəstəkləyən bir mexanizmdir. Bu proses 2014-cü ildə Almaniyanın o vaxtkı kansleri Angela Merkel tərəfindən irəli sürülmüşdür.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑