Dünya · Teleqraf

Lavrov: Zelenski Putinlə görüşmək istəyirsə, Moskvaya gəlsin

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lavrov: Zelenski Putinlə görüşmək istəyirsə, Moskvaya gəlsin xəbəri üçün şəkil

BAKI, 31 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyirsə, Moskvaya gəlməlidir.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair mətbuat konfransında bildirib.

Lavrovun sözlərinə görə, Putin Zelenski ilə birbaşa görüşməyə hələ də hazırdır.

“Putin dəfələrlə bəyan edib ki, Zelenskinin hakimiyyətə gəlişindən ötən altı il ərzində baş verənlərə baxmayaraq, onunla görüşməyə hazırdır”, – nazir qeyd edib.

Lavrov xatırladıb ki, Zelenskinin birbaşa görüş çağırışına Putin də cavab verib.

“Prezident Putin bildirib ki, Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin. Biz onun təhlükəsizliyini təmin edəcəyik. Bir daha təkrar edirəm: görüşmək istəyirsə, Moskvaya gəlsin”, – Rusiya XİN rəhbəri vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑