ABŞ Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, satınalma tamamilə ABŞ-ın tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək.
Qeyd olunub ki, bu satış Ukraynanın inteqrasiya olunmuş hava və raket hücumlarından müdafiə imkanlarını gücləndirəcək. ABŞ administrasiyası artıq qəbul edilmiş qərar barədə Konqresi məlumatlandırıb.
Mətləb






