Dünya · Azxeber.com

Mayon vulkanı püskürdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mayon vulkanı püskürdü xəbəri üçün şəkil
Filippinin Albay əyalətində yerləşən Mayon vulkanı püskürüb. Hadisədən sonra hakimiyyət orqanları vulkanla bağlı həyəcan səviyyəsini beşpilləli şkala üzrə 2-dən 3-ə yüksəldiblər.
AZXEBER.COM Filippin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadla xəbər verir ki, püskürmə nəticəsində vulkanın kraterindən təxminən 3 min metr yüksəklikdə kül buludu əmələ gəlib. Təxminən 6 dəqiqə davam edən hadisə zamanı kül buludu qərb-cənub-qərb istiqamətində yayılıb.
Həyəcan səviyyəsinin artırılması vulkanda maqmatik aktivliyin gücləndiyini və daha təhlükəli püskürmə ehtimalının olduğunu göstərir. Əhaliyə vulkanın kraterindən 6 kilometr radiusda yerləşən təhlükəli zonaya yaxınlaşmamaq, həmçinin mümkün palçıq axınlarına qarşı ehtiyatlı olmaq tövsiyə edilib. Aviasiya şirkətlərinə də vulkanın yaxınlığında uçuşlardan çəkinmək barədə xəbərdarlıq olunub.
Qeyd edək ki, Mayon Filippinin ən fəal vulkanlarından biridir. Konusvari forması ilə tanınan vulkanın 1814-cü ildə baş vermiş güclü püskürməsi nəticəsində təxminən 1200 nəfər həyatını itirib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑