Yəmənin "Ənsar Allah" hərəkatının husiləri ölkənin müvəqqəti paytaxtı Ədən şəhərindəki beynəlxalq hava limanına və Əl-Maaşiq prezident sarayına ballistik raketlərlə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi, polkovnik Macid ən-Nuzeyli məlumat yayıb.
O, hökumət qüvvələrinin “Yəmənin Şəfəqi” əməliyyatı çərçivəsində husilərə qarşı 1 087 uğurlu əməliyyat keçirdiyini də diqqətə çatdırıb. Polkovnikin sözlərinə görə, həmin əməliyyatlarda üsyançıların komanda məntəqələri, qüvvələrinin cəmləşdiyi ərazilər və ehtiyat bölmələri hədəfə alınıb.






