İdman · Teleqraf

Kriştianu Ronaldu “Bütün Zamanların Qızıl Topu” mükafatının qalibi oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kriştianu Ronaldu “Bütün Zamanların Qızıl Topu” mükafatının qalibi oldu xəbəri üçün şəkil

“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu “Bütün Zamanların Qızıl Topu” reytinqinin qalibi olub.

Teleqraf xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında məlumat verilib.

Reytinqdə birinci yeri portuqaliyalı futbolçunun 2008-ci ildə qazandığı “Qızıl top” tutub. O, “Barselona”nın futbolçusu Lionel Messini və “Liverpul”un hücumçusu Fernando Torresi qabaqlayıb.

Bu nominasiya üzrə namizədlər sırasına dəfələrlə “Qızıl top” mükafatını qazanan futbolçular daxil edilib. Onların arasında Lionel Messi (8), Kriştianu Ronaldu (5), Yohan Kroyff (3), Mişel Platini (3), Marko van Basten (3), Alfredo Di Stefano (2), Frans Bekkenbauer (2), Kevin Kiqan (2), Karl-Haynz Rummenigge (2) və Ronaldo (2) yer alıb.

Daha əvvəl təşkilatçılar qalibin seçilməsində əsas meyarın qazanılan “Qızıl top” mükafatlarının ümumi sayı deyil, futbolçunun karyerasında nüfuzlu mükafata layiq görüldüyü konkret mövsümün müstəsnalığı olduğunu açıqlayıblar. Qalib qlobal ödənişli onlayn səsvermə zamanı azarkeşlər tərəfindən müəyyən edilib. Bir səsin qiyməti 1 avro təşkil edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑