İdman · Globalinfo.az

Tarixin ən yaxşı “Qızıl top”u bəlli oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tarixin ən yaxşı “Qızıl top”u bəlli oldu xəbəri üçün şəkil

Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı “Qızıl top” “Bütün dövrlərin Qızıl topu” reytinqində birinci olub.

Globalinfo.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu azarkeşlər arasında keçirilən səsvermədə Lionel Messi və Fernando Torresi qabaqlayıb.

Reytinqdə “Qızıl top” mükafatını bir neçə dəfə qazanan futbolçular yer alıblar. Lionel Messi 8, Kriştianu Ronaldu 5, Yohan Kroyff, Mişel Platini və Marko van Basten isə hərəyə 3 dəfə bu mükafata layiq görülüblər. Alfredo Di Stefano, Frans Bekkenbauer, Kevin Kiqan, Karl-Haynts Rummenigge və Ronaldo isə hərəyə iki dəfə “Qızıl top” qazanıblar.

Qalib müəyyənləşdirilərkən futbolçunun qazandığı mükafatların ümumi sayı deyil, “Qızıl top”a layiq görüldüyü mövsümdə nümayiş etdirdiyi performans əsas götürülüb.

Qeyd edək ki, qalib azarkeşlər arasında keçirilən ödənişli onlayn səsvermə yolu ilə müəyyənləşdirilib. Bir səsin qiyməti 1 avro təşkil edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑