Dünya · Teleqraf

KİV: Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
KİV: Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb xəbəri üçün şəkil

BAKI, 4 noyabr. TELEQRAF

Şimali Koreyanın Yapon dənizi istiqamətində naməlum mərmi buraxdığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi ölkənin hərbi rəsmilərinə istinadən məlumat yayıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi buraxılışı qeydə aldığını bildirib. Hazırda mərminin uçuş trayektoriyası və texniki xüsusiyyətləri ilə bağlı məlumatlar təhlil edilir.

Qeyd edək ki, oktyabrın 29-da da Cənubi Koreya hərbçiləri Şimali Koreyanın Yapon dənizi istiqamətində naməlum mərmi buraxdığını açıqlamışdılar. Sonradan həmin buraxılışın qısa mənzilli ballistik raketlərlə həyata keçirildiyi bildirilmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑