Dünya · Teleqraf

İtaliyanın müxtəlif şəhərlərində iğtişaşlar baş verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İtaliyanın müxtəlif şəhərlərində iğtişaşlar baş verdi xəbəri üçün şəkil

BAKI, 24 oktyabr. TELEQRAF

İtaliyanın bir neçə şəhərində hökumət siyasətinə, yüksək yanacaq qiymətlərinə və inflyasiyaya qarşı etiraz aksiyaları keçirilib.

Teleqraf xəbər verir ki, Turin, Bolonya və Florensiyada polislə toqquşmalar qeydə alınıb.

Romada İtaliyanın davam edən münaqişələrdə iştirakına qarşı yürüş keçirilib. İştirakçılar yenidən silahlanmaya və hərbi xərclərin artırılmasına, eləcə də NATO və İsrailin hərəkətlərinə etiraz ediblər. Maskalı gənclərdən ibarət kiçik bir qrup Kolizeyə daxil olub, lakin tez bir zamanda çıxarılıblar.

Şəhərdə yüksək təhlükəsizlik tədbirləri görülüb. Polis kordonları əsas meydanları bağlayaraq etirazçıları geri itələyib.

Saxlanılanlar var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑