Dünya · Teleqraf

İran XİN: Ukrayna PUA-ları ilə bağlı sərhəddəki vəziyyəti izləyirik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran XİN: Ukrayna PUA-ları ilə bağlı sərhəddəki vəziyyəti izləyirik xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

İran Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qonşu ölkələrdə yerləşdirilməsi ilə bağlı məlumatlarla tanışdır. Biz sərhəddəki vəziyyəti izləyir və təhdidləri aradan qaldırmağa hazırıq.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın “Tasnim” agentliyi mənbələrə istinadən Ukraynanın İranla həmsərhəd ölkələrdə, o cümlədən İraq Kürdüstanında minlərlə pilotsuz uçuş aparatı yerləşdirdiyini yazıb. Agentliyin mənbələrindən biri qeyd edib ki, Tehran Kiyevin bu addımlarını NATO və Avropa İttifaqının düşmənçilik strategiyasının tərkib hissəsi kimi qiymətləndirir və cavab tədbirləri variantlarını nəzərdən keçirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑