Dünya · Azxeber.com

Bu ölkə xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün müharibəyə hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkə xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün müharibəyə hazırlaşır xəbəri üçün şəkil
Almaniya Xüsusi Əməliyyatlar Komandanlığı (KSK) Moskva ilə mümkün hərbi toqquşmaya qarşı hazırlıqlarını gücləndirib.
KSK komandiri Andreas Kühne "Bild"ə bildirib: "Biz Rusiyanın mümkün hücumlarına hazırlaşmalıyıq".
Xüsusi təyinatlı qüvvələrin tank, artilleriya, pilotsuz uçuş aparatları və elektron müharibə və digər bölmələri təlim keçirlər.
Hərbi birləşmə Ştutqartdan uzaq olmayan Kalv şəhərindəki Zeppelin kazarmasında yerləşir. KSK-da təxminən 1500 nəfər çalışır. Lakin onların yalnız üçdə biri xüsusi təyinatlı qüvvələr, qalanları isə inzibati heyətdir. Seçim prosesi olduqca sərtdir: namizədlərin yalnız 15 faizi imtahandan keçir. Cəmi bir neçə il əvvəl ən elit bölmənin gələcəyi təhlükə altında idi. İfrat sağçılarla bağlı hadisələr, vida mərasimində nasist salamları və donuz başları, sursatın yoxa çıxması, eləcə də KSK hərbçisində silah və partlayıcı maddələrin aşkarlanması bölməni zəiflətdi. 2020-ci ildə xüsusi təyinatlı qüvvələrin bölmələrindən biri ləğv edildi.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑