Dünya · Teleqraf

Himalay dağlarında qəzaya uğrayan helikopterin bütün ekipajı həlak oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Himalay dağlarında qəzaya uğrayan helikopterin bütün ekipajı həlak oldu xəbəri üçün şəkil

BAKI, 30 oktyabr. TELEQRAF

Himalay dağlarının Uttarakhand əyalətində qəzaya uğrayan helikopterdə olan altı nəfərin hamısı həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.

Ölənlər arasında pilot və beş sərnişin də var. Helikopter Uttarakhandın ən məşhur hindu məbədlərindən birinin yerləşdiyi Badrinat şəhərindən havaya qalxıb.

Ştat hakimiyyət orqanlarının məlumatına görə, qəza duman və güclü yağış da daxil olmaqla əlverişsiz hava şəraitində baş verib. Qəza yerindən cəsədlərin çıxarılması əməliyyatı davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑