Dünya · Teleqraf

Lavrov Atlantada keçirilən G20 Xarici İşlər Nazirləri Şurasının iclasına qatılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lavrov Atlantada keçirilən G20 Xarici İşlər Nazirləri Şurasının iclasına qatılıb xəbəri üçün şəkil

BAKI, 30 oktyabr. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Atlanta şəhərində keçirilən G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Qeyd edək ki, G20 Xarici İşlər Nazirləri Şurası 30-31 oktyabr tarixlərində Atlantada keçiriləcək. Diplomatik qurumlar rəhbərlərinin görüşü 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 sammitinə hazırlıq çərçivəsində əsas tədbir olacaq.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun əvvəllər TASS-a verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar verilməyib. ABŞ Prezidenti Donald Tramp Putini sammitdə görmək istədiyini bildirib. G20 sammiti Mayami yaxınlığındakı Doralda keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑