GƏNCƏ, 22 oktyabr. TELEQRAF
Gəncədə yol qəzası olub, xəsarət alanlar var.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alnıb.
İlkin məlumata görə, iki avrtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılardan Lyudmina Məmmədova (1961), Səkinə Məmmədova (1990) və Sevinc Mehdiyeva (1991) müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.


