Türkiyənin Ankara şəhərində məhkəmə sədri və hakimlərdən birinin hicablı olmasını əsas gətirərək onların işdən kənarlaşdırılmasını tələb edən vəkil Alperen Demirdiş bəraət alıb.
Bizim.Media xəbər verir ki, vəkilə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və əhalinin bir hissəsinin qəbul etdiyi dini dəyərləri açıq şəkildə təhqir etmək ittihamları ilə 1 ildən 3 ilədək həbs cəzası tələb olunub.
Ankara 11-ci Ağır Cinayətlər Məhkəməsi ittihamların hüquqi tərkibinin yaranmadığına qərar verərək Demirdişi hər iki ittiham üzrə yekdilliklə təqsirsiz hesab edib.
Qeyd edək ki, hadisə 14 may 2024-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkəmə prosesi zamanı baş verib.
Bizim.Media
Türkiyədə məhkəmə QALMAQALI - Hakimin hicablı olmasına etiraz edən vəkillə bağlı QƏRAR VERİLDİ

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





