Dünya · Teleqraf

Bolqarıstanda prezident seçkiləri: İlk nəticələr açıqlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolqarıstanda prezident seçkiləri: İlk nəticələr açıqlanıb xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

Bolqarıstanda keçirilən prezident seçkilərinin birinci turunda hazırkı Prezident İliyana Yotova liderlik edir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) ilkin rəsmi nəticələri açıqlayıb.

Seçki komissiyalarının protokollarının 7,37 faizinin işlənməsindən sonra prezidentliyə namizəd İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Vılçev 35,504 faiz səs toplayıb.

Onların əsas rəqibləri Andrey Gyurov və Georgi Kandev isə 30,289 faiz səslə ikinci yerdə qərarlaşıblar.

Üçüncü yerdə 13,519 faiz səslə Kostadin Kostadinov və Petır Volgin qərarlaşıb.

Məlumata görə, nəticələr oktyabrın 25-i yerli vaxtla saat 23:00-a olan göstəriciləri əks etdirir.

Namizədlərdən heç birinin birinci turda mütləq səs çoxluğu qazanmadığı təqdirdə seçkilərin ikinci turu noyabrın 1-də keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑