Dünya · Ölkə.az

Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşma oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşma oldu xəbəri üçün şəkil

Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi oktyabrın 25-də məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, oktyabrın 24-də keçirilən aksiyalar zamanı 53 polis əməkdaşı xəsarət alıb, 75 yanğın hadisəsi qeydə alınıb, 24 mağaza qarət edilib.

Rəsmi məlumatlara görə, ölkə üzrə aksiyalarda 410 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə nümayişçilərin sayının 800 minə çatdığını bildirib.

Etirazlar zamanı Paris, Marsel, Lion və digər şəhərlərdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Aksiyaların təşkilatçıları oktyabrın 31-də yeni nümayişlər, noyabrın 5-də isə ümummilli tətil keçirməyə çağırıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑