Dünya · Teleqraf

Çin səmasında qeyri-adi mənzərə: “Kosmik meduza” göründü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çin səmasında qeyri-adi mənzərə: “Kosmik meduza” göründü xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

Çində raket buraxılışından sonra səmada meduzaya bənzəyən qeyri-adi işıq hadisəsi müşahidə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Çinin “Sohu” portalı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-də Tayyuan kosmodromundan “Long March 6A” daşıyıcı raketinin buraxılmasından sonra səmada qeyri-adi formalı parlaq iz yaranıb. Sosial şəbəkə istifadəçiləri bu görüntünü “kosmik meduza” adlandırıblar.

Hadisə Şansi, Hebey, Şandun, Haynan əyalətlərində və Çinin digər bölgələrində müşahidə olunub.

Mütəxəssislərin izahına görə, belə mənzərə raketin yüksək hündürlükdə buraxdığı qazların Günəş işığını əks etdirməsi nəticəsində yaranır.

Qeyd edək ki, həmin gün “Long March 6A” raketi vasitəsilə “Yaogan-50-03” məsafədən zondlama peyki orbitə çıxarılıb. Peykdən torpaq ehtiyatlarının öyrənilməsi, kənd təsərrüfatında məhsuldarlığın qiymətləndirilməsi, eləcə də təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin azaldılması məqsədilə istifadə ediləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑