Dünya · Teleqraf

Bolqarıstan Qara dənizdə gəmilərə edilən dron hücumları ilə bağlı NATO-dan kömək istədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolqarıstan Qara dənizdə gəmilərə edilən dron hücumları ilə bağlı NATO-dan kömək istədi xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

Bolqarıstan hakimiyyəti ölkənin iqtisadi zonasında ticarət gəmilərinə edilən dron hücumlarının araşdırılmasında NATO və Aİ-dən kömək istəyib.

Teleqraf xəbər verir ki, hökumətin mətbuat xidmətinin açıqlamasında deyilir: "Bolqarıstan Qara dənizdəki iqtisadi zonanda iki ticarət gəmisinə dron hücumu ilə bağlı araşdırmanı davam etdirmək üçün Aİ və NATO-dan texniki yardım istəyib. Baş nazir Rumen Radev Avropa Şurasının prezidenti António Costa, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və NATO-nun baş katibi Mark Rutteyə göndərdiyi məktublarda müttəfiqlərin dəstəyinə ehtiyac olduğunu vurğulayıb və bu məsələnin təcili xarakter daşıdığı üçün prioritetləşdirilməsinə çağırıb".

Oktyabrın 6-da Toqo bayrağı altında üzən "Alfa Watan" gəmisi Bolqarıstanın eksklüziv iqtisadi zonasında dron hücumundan sonra 10 nəfərlik heyətlə birlikdə batıb. Heç kim xilas edilməyib. Ərazidəki dəniz dərinliyi təxminən 2 km-dir. Dron hücumundan sonra böyük yanğına məruz qalan ikinci gəmi olan "Able"dən olan 18 dənizçi təxliyə edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑