BAKI, 4 noyabr. TELEQRAF
Almaniya və Litva Berlində müdafiə sahəsində strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd iki ölkə arasındakı əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur.
Hərbi tərəfdaşlığın əsas hissəsini Almaniya ordusunun 5 min nəfərlik briqadasının 2027-ci ilin sonunadək Litvada daimi dislokasiyası təşkil edir. Bundan başqa, tərəflər dronlarla mübarizə, qabaqcıl texnologiyaların tətbiqi, hibrid və informasiya hücumlarının qarşısının alınması sahəsində birgə fəaliyyət göstərəcəklər.
Məqsədlərə nail olmaq üçün xüsusi fəaliyyət planı hazırlanacaq.





