Dünya · Bizim.Media

Makron Fransada kütləvi etirazlar ərəfəsində Müdafiə Şurasını toplayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Makron Fransada kütləvi etirazlar ərəfəsində Müdafiə Şurasını toplayır xəbəri üçün şəkil

Fransa Prezidenti Emmanuel Makron noyabrın 5 və 7-si tarixlərində ölkədə keçirilməsi planlaşdırılan genişmiqyaslı etiraz aksiyaları və tətillər ərəfəsində Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Bizim.Media xəbər verir ki, iclas bu gün Yelisey sarayında baş tutacaq.

Müzakirələrin əsas mövzusu qarşıdan gələn etirazlara hazırlıq və ictimai asayişin təmin edilməsi olacaq.
 

Toplantıda daxili təhlükəsizlik xidmətinin rəhbəri Bertoni, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Mandon və Milli Polisin nümayəndələri iştirak edəcəklər.


Fransa hakimiyyəti iki gün davam edəcək etiraz aksiyaları zamanı iğtişaşların və zorakılıq hallarının baş verə biləcəyindən ehtiyat edir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑