Dünya · Teleqraf

Aİ ölkələri Ukraynanın birliyə üzvlüyü üçün yeni müzakirələrin aparılması ilə bağlı razılığa gəldilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ ölkələri Ukraynanın birliyə üzvlüyü üçün yeni müzakirələrin aparılması ilə bağlı razılığa gəldilər xəbəri üçün şəkil

BAKI, 12 oktyabr. TELEQRAF

Avropa Birliyi ölkələri Ukraynanın üzvlüyü ilə bağlı yeni danışıqlar mərhələsinin başlanmasına dair razılıq əldə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə İrlandiyanın Avropa işləri və müdafiə naziri Tomas Birn məlumat yayıb .

Xatırladaq ki, bu yaxınlarda Macarıstanın Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar çərçivəsində daha iki klasterin açılmasına "yaşıl işıq" yandırdığı məlum oldu.

Ukrayna milli azlıqların təhsil hüquqları haqqında qanun qəbul etdikdən sonra Macarıstan hakimiyyəti veto hüququnu yenidən nəzərdən keçirib. Qanun artıq Prezident Volodimir Zelenski tərəfindən imzalanıb .

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑