Dünya · Globalinfo.az

Türkiyədə naməlum infeksiya: Minlərlə insan xəstəxanalıq oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə naməlum infeksiya: Minlərlə insan xəstəxanalıq oldu xəbəri üçün şəkil

Türkiyənin Tokat şəhərində son üç gündə təxminən 5 min nəfər ürəkbulanma, qarın ağrısı və ishal şikayətləri ilə xəstəxanalara müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Tokat Valisi Abdullah Köklünün bildirdiyinə görə, hazırda 30 nəfər müalicəsini davam etdirir.

Şikayətlərin səbəbini müəyyənləşdirmək məqsədilə içməli sudan nümunələr götürülərək analiz üçün Ankaraya göndərilib.

“Problemin məhz içməli sudan qaynaqlandığını hələlik dəqiq deyə bilmərik. Səhiyyə Nazirliyinin apardığı laborator müayinələrin yekun rəyindən sonra məsələyə tam aydınlıq gələcək”, — deyə Abdullah Köklü vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑