Dünya · Milli.az

Kiyevə dron zərbəsi endirilib, ölən və yaralananlar var

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyevə dron zərbəsi endirilib, ölən və yaralananlar var xəbəri üçün şəkil

Rusiyanın Kiyevə dron hücumu nəticəsində 25 mərtəbəli yaşayış binasına zərbə endirilib.

Milli.Az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, dron paytaxtın Darnitski rayonunda yerləşən binanın 12-16-cı mərtəbələri arasına düşüb. Zərbədən sonra binanın həyətində avtomobillər yanmağa başlayıb, hadisə yerinə təcili xidmətlər cəlb olunub.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində bir qadın həlak olub. İlkin məlumatlara əsasən, dörd nəfərin xəsarət aldığı bildirilsə də, sonradan Kliçko paytaxtda yaralıların sayının 11-ə çatdığını açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha sonra binaya "Şahed" tipli dronla endirilən zərbə nəticəsində iki nəfərin öldüyünü bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑