Dünya · Modern.az

Yeniyetmə qıza qarşı əxlaqıslızlıq edən robot müsadirə olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yeniyetmə qıza qarşı əxlaqıslızlıq edən robot müsadirə olundu
Yeniyetmə qıza qarşı əxlaqıslızlıq edən robot müsadirə olundu

Almaniyanın Köln şəhərində polis əməkdaşları hündürlüyü 1,2 metr olan bir robotu müsadirə edib və cinsi qısnamada şübhəli bilinən şəxslərlə bağlı cinayət işi açıb.

Modern.az xarici KİV-ə istinadla bildirir ki, hadisə "fast-fud" restoranının qarşısında baş verib: iki yeniyetmə (16 və 19 yaşlı) tərəfindən idarə olunan qırmızı rəngli robot 16 yaşlı qıza arxadan yaxınlaşaraq əxlaqsız hərəkət etməyə başlayıb. Hadisə sosial şəbəkələrdə canlı yayımlanıb və idarəçilərin şərhləri ilə müşayiət olunub.

Şübhəlilər qurğunu avtomobilin baqajında ​​gizlətməyə cəhd göstərsələr də, polis tərəfindən dərhal saxlanılıblar.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑