Dünya · Teleqraf

ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi xəbəri üçün şəkil

BAKI, 10 oktyabr. TELEQRAF

Ukrayna Rusiyanın neft emalı zavodlarına edilən zərbələri dərhal dayandırmalıdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib .

Amerika liderinin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski münaqişəni dəfələrlə həll edə bilərdi, amma bunu etməməyi üstün tutdu.

O qeyd edib ki, Ukrayna xəbərdarlıqlara baxmayaraq, Rusiyanın neft emalı zavodlarına hücum edir.

"Biz dedik ki, Rusiya ilə istədiyinizi edə bilərsiniz, amma neft emalı zavodlarına zərbə vurmayın, çünki bu, qlobal problem yaradır və o, bütün dünya üçün problem yaratmaq istəyir'", - Tramp bildirib.

Tramp həmçinin vurğulayıb ki, bu cür hücumlar qlobal dizel bazarına zərbə vurur və fermerlər üçün ciddi təhlükələr yaradır.

Xatırladaq ki, Donald Tramp Ukrayna xalqına açıq şəkildə müraciət edərək Zelenskinin yerinə ölkənin yeni liderini seçməyi xahiş edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑