Dünya · Azxeber.com

Trampın Ukraynada yeni prezident təklifinə Kiyevdən cavab verilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın Ukraynada yeni prezident təklifinə Kiyevdən cavab verilib xəbəri üçün şəkil
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib.
Müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib.
Sibiqa qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskini xalq dəstəkləyir.
"Volodimir Zelenski müharibə dövründə, müstəqillik, azadlıq və ləyaqət uğrunda müharibə zamanı millətimizə rəhbərlik edir. O, Ukrayna xalqının dəstəyinə malikdir və onların (ölkə vətəndaşlarının - red.) qərar vermək hüququ var. Xaricdən səslənən bəyanatlar isə yalnız onun öz işinin öhdəsindən yaxşı gəldiyini təsdiqləyir", - Sibiqa vurğulayıb.
O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti "dəstəyə layiqdir".
Daha əvvəl Tramp Ağ Evin qarşısında jurnalistlərlə söhbətində Ukraynanın yeni prezident seçməli olduğu fikrini bildirib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑