Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib

Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib.
"Bakupost" xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.
Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunun enerji sektoruna hücumlarının intensivliyi daha da artacaq. Buna görə də azı üç gün ərzində su ehtiyatı toplamaq, portativ batareyaları doldurmaq, fənər, batareya və şam ehtiyatı toplamaq, saxlama müddəti uzun olan qidalar hazırlamaq və pəncərə və otaqları izolyasiya etmək göstərişi verilib.
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



