Dünya · Teleqraf

ABŞ Rusiya ilə hazırlanan təklifləri Ukrayna ilə müzakirə edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Rusiya ilə hazırlanan təklifləri Ukrayna ilə müzakirə edəcək xəbəri üçün şəkil

BAKI, 9 oktyabr. TELEQRAF

ABŞ və Ukrayna nümayəndələri oktyabrın 9-da Mayamidə keçiriləcək görüşdə Rusiya və Ukrayna tərəfləri ilə əvvəlki təmaslar zamanı hazırlanmağa başlanılan yeni sülh təkliflərini müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ-dəki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna rəsmiləri ilə müharibənin dayandırılmasına dair yeni təşəbbüsləri nəzərdən keçirəcəklər.

Danışıqlarda Ağ Evin Milli Təhlükəsizlik Şurasının və ABŞ Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

Vaşinqton görüşə Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirlərini, həmçinin NATO və Avropa İttifaqının rəsmilərini də dəvət edib.

Müzakirələrin əsas mövzuları Ukrayna üçün təhlükəsizlik təminatları, ölkənin müharibədən sonrakı iqtisadi bərpası və münaqişənin siyasi yolla həllinə dair digər məsələlər olacaq.

Mənbənin sözlərinə görə, ABŞ tərəflər arasında vasitəçilik edərək münaqişənin həlli üçün vahid təkliflər paketi hazırlamağa çalışır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑