ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner oktyabrın 9-da Mayamidə Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
Görüşdə Ukraynada nizamlanma ilə bağlı yeni ideya və təkliflərin müzakirə ediləcəyi bildirilir.
“RBC-Ukraine” isə Ukrayna nümayəndə heyətinin tərkibində bir sıra yüksəkvəzifəli şəxslərin olacağını və Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüş imkanının da müzakirə ediləcəyini yazıb.






