Dünya · Teleqraf

Əlcəzair prezidenti Nigerə hərbi bölmələr göndərmək qərarı verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əlcəzair prezidenti Nigerə hərbi bölmələr göndərmək qərarı verdi xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun iki ölkənin maraqlarını qorumaq məqsədilə Milli Xalq Ordusunun bölmələrini Nigerə göndərmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Əlcəzair Prezidentinin Administrasiyası məlumat yayıb.

“Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və milli müdafiə naziri Əbdülməcid Təbbun ümumi enerji və iqtisadi maraqların qorunmasını təmin etmək məqsədilə Milli Xalq Ordusunun bölmələrinin Niger Respublikasına göndərilməsi barədə qərar qəbul edib”, – bəyanatda bildirilib.

Bundan əvvəl Əlcəzair parlamenti prezidentin müvafiq müraciətini təsdiqləyib.

Hərbi bölmənin Niger hakimiyyətinin müraciəti əsasında Əlcəzairin neft-qaz şirkəti “Sonatrach”ın beynəlxalq strukturu olan “Sipex”in investisiya layihələrini qorumaq üçün göndərilməsi planlaşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑