Dünya · Azxeber.com

Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır xəbəri üçün şəkil
Fransa nüvə silahı ilə təchiz edilmiş "Rafale” qırıcılarının 10 Avropa ölkəsində yerləşdirilməsi planını müzakirə edir.
Bu barədə "The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Qeyd olunur ki, müttəfiqlərlə ikitərəfli danışıqlar Fransa Prezidenti Emmanuel Makronun daha əvvəl "qabaqcıl çəkindirmə” adlandırdığı plan çərçivəsində aparılır. Bu strategiyaya əsasən, Paris Avropa ölkələrində "Rafale” qırıcılarını yerləşdirməklə yanaşı, müvafiq infrastruktur yaratmağı, rabitə vasitələrini və erkən xəbərdarlıq sistemlərini təmin etməyi, həmçinin müttəfiqlərlə kəşfiyyat məlumatlarının mübadiləsini təşkil etməyi planlaşdırır.
WSJ-nin məlumatına görə, hazırda 10 ölkə Fransanın "qabaqcıl çəkindirmə” planına maraq göstərib. Bunlar Belçika, Böyük Britaniya, Yunanıstan, Danimarka, Niderland, Norveç, Polşa, Finlandiya, Almaniya və İsveçdir.
Qəzet əlavə edib ki, Latviya, Litva və Estoniya bu siyahıya daxil deyil. İtaliya isə Fransanın "nüvə klubuna” qoşulmaqdan imtina edib.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑