Rusiyanın Xarkova hücumu nəticəsində şəhərdə fəaliyyət göstərən sonuncu "Epitsentr” ticarət mərkəzi məhv edilib.
Bu barədə Xarkov şəhərinin meri İqor Terexov məlumat yayıb.
Bildirilib ki, son iki ay ərzində Rusiya qüvvələri hipermarketə üç dəfə hücum edib.
İlk iki hücumdan sonra mağazanı bərpa etmək mümkün olsa da, bu dəfə yanğının miqyası həddindən artıq böyük olub.
Reaktiv pilotsuz uçuş aparatları ilə həyata keçirilən bir neçə zərbə nəticəsində genişmiqyaslı yanğın başlayıb. Alov qısa müddətdə bütün ticarət zallarını və anbar sahələrini əhatə edib. ///teleqraf///



