Cəmiyyət · Teleqraf

Ölkəmizə repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ölkəmizə repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanıb xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Azərbaycan Hökumətinin həyata keçirdiyi repatriasiya tədbirləri çərçivəsində Suriya Ərəb Respublikasından ölkəmizə gətirilən daha 13 vətəndaşımız (6 qadın, 7 uşaq) Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Teleqraf xəbər verir ki,bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

Bildirilib ki, müəssisədə onların ilkin tibbi müayinəsi aparılıb, eyni zamanda sosial və psixoloji vəziyyətlərinin qiymətləndirilməsi məqsədilə zəruri dəstək tədbirləri göstərilib.

Hazırda repatriantların sosial reabilitasiyası istiqamətində işlər davam etdirilir. Reabilitasiya mərhələsi yekunlaşdıqdan sonra vətəndaşlar evlərinə yola salınacaqlar.

Bundan sonrakı mərhələdə Agentliyin sosial işçiləri və psixoloqları onların evlərinə baş çəkərək fərdi vəziyyətlərini qiymətləndirəcək və ehtiyaclarına uyğun sosial dəstək tədbirləri müəyyənləşdirəcəklər.

Qeyd edək ki, son illər ərzində ölkəmizə repatriasiya olunmuş 630-dan çox şəxs Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya xidmətlərindən yararlanıb. Hazırda isə 85 repatriantla bağlı sosial reabilitasiya tədbirləri davam etdirilir.

Medial Medial Medial
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑