Cəmiyyət · Anews.az

Peskov: Putin Türkmənistanda İlham Əliyevlə görüşəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Peskov: Putin Türkmənistanda İlham Əliyevlə görüşəcək xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putinin Türkmənistanda MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, Putin Türkmənistanda MDB sammitinin demək olar ki, bütün iştirakçıları ilə təmaslar keçirəcək.

 

“Bu gün axşam prezidentin bu mədəni tədbirlər çərçivəsində bütün digər iştirakçılarla ünsiyyət qurmaq imkanı olacaq. Yəni sammitin demək olar, bütün iştirakçıları ilə tədbir çərçivəsində təmaslar baş tutacaq”, - Peskov deyib.

 

Peskov qeyd edib ki, Putinin Türkmənistanda MDB sammiti və Xəzər Ekoloji Sammiti çərçivəsində bir sıra işgüzar görüşləri də planlaşdırılıb.

 

MDB sammitində hazırda Türkmənistanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑