Siyasət · SİA

YAP Xaçmaz rayon təşkilatında silsilə müşavirələr davam edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
YAP Xaçmaz rayon təşkilatında silsilə müşavirələr davam edir xəbəri üçün şəkil

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələri davam edir.
Növbəti görüş Qusarçay, Yeni Həyat, Çinartala, Kristal Ticarət Mərkəzi və Uzunoba ərazi partiya təşkilatlarının iştirakı ilə Qusarçay tam orta məktəbində keçirilib.
Müşavirəni YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev YAP-ın VIII Qurultayında partiya sədri, cənab İlham Əliyevin nitqindən irəli gələn prioritet məsələlər barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olmaqla yanaşı, dünyanın aparıcı siyasi təşkilatları ilə də sıx əməkdaşlıq əlaqələri qurub. Ölkəmizdə əldə olunan iqtisadi inkişaf, sosial rifahın davamlı yüksəldilməsi, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri dövlətimizin qüdrətini nümayiş etdirir. Qurultayın suverenliyimizin tam bərpa olunduğu tarixi dövrə təsadüf etməsi və Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyəti xüsusi vurğulanıb.
Emil Tağıyev bildirib ki, müstəqil Azərbaycanın daha da qüdrətlənməsində, əldə olunmuş tarixi Zəfərin qorunub saxlanılmasında, eləcə də ölkəmizin gələcək inkişaf strategiyasının uğurla həyata keçirilməsində hər bir vətəndaşın, o cümlədən partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan, partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəallıq göstərməsi, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması və partiyanın fəaliyyətində ardıcıllığın təmin olunması mühüm əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən Qurultay nümayəndəsi Yaşar Abbasov, partiya veteranı Ağaverdi Qədirov, partiya fəalları Elməddin Məmmədov və Tural Mahmudov Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurları vurğulayaraq, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasətə görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan bir neçə gəncə partiya vəsiqələri təqdim olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑