Siyasət · Azxeber.com

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub xəbəri üçün şəkil
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub.
Bu barədə AZXEBER.COM-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə Keniya arasında əlaqələrin inkişafı, prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın genişləndirilməsi və 2024-cü ilin sentyabrında imzalanmış Anlaşma Memorandumunun icrası məsələləri müzakirə olunub. Baş prokuror iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın praktiki məzmununun zənginləşdirilməsinin, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Renson Mulele İnqonqa beynəlxalq və regional tədbirlər çərçivəsində, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının Afrika və Hind okeanı regionu üzrə məsələlərdə Azərbaycan Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək, qurumlar arasında peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.  


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑