Dünya · SİA

Rusiya Xarkov vilayətində parka zərbə endirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Xarkov vilayətində parka zərbə endirib xəbəri üçün şəkil

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Nova Vodolaha qəsəbəsindəki mərkəzi parka pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində iki qadın və körpə ölüb.

SİA xəbər verir ki, "Міy Хаrкіv" nəşrinin məlumatına görə, hücum oktyabrın 19-da saat 16:30 radələrində parkda çoxlu insanın, o cümlədən uşaqlı ailələrin olduğu vaxt baş verib.

Xarkov Vilayət Prokurorluğunun ilkin məlumatına əsasən, hücum üçün "Geran-3" tipli PUA-dan istifadə edilib.

Hadisə nəticəsində azı 15 nəfər yaralanıb. Yaralıların yeddisi uşaqdır.

Hadisə yerinə xilasedicilər, tibb işçiləri və polis əməkdaşları cəlb olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑