Dünya · SİA

Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb xəbəri üçün şəkil

Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiyanın 2025-ci ilin sentyabrında elan edilən İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasından çıxması noyabrın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, Avropa Şurasının 46 hazırkı üzv dövləti tərəfindən ratifikasiya edilmiş İşgəncələrin və Qeyri-insani rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası məhbusları potensial zorakılıqdan qorumağı hədəfləyir və xüsusilə həbsxana monitorinqini təmin edir. 29 sentyabr 2025-ci ildə Rusiya Prezidenti Vladimir Putin parlament tərəfindən qəbul edilmiş və Avropa Şurasını Rusiyaya qarşı "ayrı-seçkilikdə" günahlandıran və ölkənin İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxmasını rəsmiləşdirən qanunu imzalayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑