Siyasət · SİA

Ramiz Mehdiyevi dingildədən minlərlə insanın ah-naləsi oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ramiz Mehdiyevi dingildədən minlərlə insanın ah-naləsi oldu xəbəri üçün şəkil

Məsəl var deyərlər, "əvvəlim yaxşı gəlincə, axırım yaxşı gəlsin". Bu el məsəlini mübahisələndirmək fikirində deyiləm, ulularımız yenə də haqlıdırlar. Sadəcə, bir şeyi unutmaq olmaz ki, heç də hər kəs ömrünün qürub çağını sakit keçirə bilmir. Nədən? Çünki qocalığının astanasında müxtəlif məzmunlu səhvlərə yol verib və bu da onun yaşlanması dövründə başına bəla olur. Baxmayaraq ki, cavanlığında dövlətə və xalqa xidmət etmək üçün geniş imkanları olub. Ancaq bu imkanları lazımınca dəyələndirib, ali dəyərləri yerinə yetirməyib. Daha çox tutduğu statusundan, ona verilən imtiyazlardan, açılan çığırdan özü və 70 min arxa dönənin maddi rifahı üçün istifadə edib. Nəticə isə arzuolunmaz sonluqla bitir. Səbəbsiz yerə deyilməyib: "Allah insana bu dünyada verəcəyi cəzanı o dünyaya saxlamaz". Zamanında hegemonluq edən insanların qocalığında ədalət qılıncının önündə var -gəl edib aman istədiyi barədə çoxsaylı misallar, sübutlar göstərmək olar. Elə uzağa getməyək, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ömrünün başa çatmasına işarə olan son zənginin çalındığı məqamda məhşər ayağına çəkildiyini növbəti misallardan biri olaraq göstərmək olar. "Tiran"lıq iddiasında olan bu qoca zamanında ona etibar edilən vəzifə kreslosunun möhtəşəm gücündən istifadə etməklə özünə və 70 min arxa dönəninə böyük mal-mülk, milyardlarla nağd maliyyə vəsaitləri toplayıb. Bəlkə də sakitcə, bağ evinə, hansısa villasına çəkilib sakitcə ömrünün sona çatmasını gözləyə bilərdi. Lakin minlərlə yazığın, tifilin ah-naləsi onu rahat qoymadı. Dingildəməli və bu dünyada ala biləcəyi cəzanın o dünyaya qalmasına imkan verməməli idi. Belə də oldu. Şeytanı həddindən artıq güclü oldu və nəticədə haqqı yeyilənlərin, hüquqları pozulanların, əmlakları əllərindən alınıb türmələrdə çürüdülənlərin ah-naləsi yerdə qalmadı. Ramiz Mehdiyev dünyanın ən güclü, qüdrətli, hüquqi aliliyin yüksək səviyyədə təmin olunduğu, xalqın Lideri ətrafında sıx birləşdiyi Azərbaycanda hakimiyyəti zorla ələ alıb, özündən "prezident" qayırmağa girişdi. Lakin elə ilk addımda ilişdi. Azərbaycanın peşəkar hüquq-mühafizə orqanları Ramiz Mehdiyevin cinayət əməllərini detallı şəkildə üzə çıxarıb, həbs etdi. Onun barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Ramiz Mehdiyev barəsində 14 il müddətinə həbs cəzası çıxarılıb. Buna baxmayaraq, onun səhhəti və yaşı nəzərə alınaraq, cəza şərti hesab edilib. 88 yaşı olan Ramiz Mehdiyevin əmlakları müsadirə edilib və dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilib. Bu təqdimatın təmin ediləcəyi gözlənilir.

Ramiz Mehdiyevin dövlət nəfinə müsadirə edilən əmlaklarının siyahısı göz qamaşdırıb, baş gicəlləndirir. Ümumilikdə R.Mehdiyevin sərvətinin 7 milyard manat olduğu qeyd olunur. Məhkəmə materiallarındakı bu məqam hələ ictimaiyyətə açıqlanmayıb. Amma Ramiz Mehdiyevin mülkləri və sərvəti haqda mediada vaxtaşırı məlumatlar yayılıb. Əmlakların siyahısı isə belədir: 1. R.Mehdiyevin Novxanıda ucsuz-bucaqsız üzüm bağları, Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 216 hektar torpaq sahəsi var. Novxanı kəndin Mehdiyevlərə məxsus 155 hektar torpaq mövcuddur. Ailənin Goranboyun Xınalı kəndindəki bağının sahəsi 50 hektardır.

2. Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyevaya (xanımı) aid 892 sot, Kamilə Əliyevaya (qızı) məxsus 240 sot torpaq var.

3. Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva "Digital Media" MMC-nin təsisçilərindən biridir. "Digital Media" MMC 20 avqust 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı: Bakı şəhəri, Teymur Əliyev küç. 25 A-dır. Bu şirkət "Medya FM" radiosunun sahibidir.

4. Kamilə Əliyevanın İstiqlaliyyət küçəsi, ev 11 ünvanındakı mənzili iki şirkətin - "İnfonet" MMC və "Caspian Telekom" MMC-nin hüquqi ünvanıdır.

5. Dilarə Əliyeva küçəsi, 251A ünvanında Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi ("Topaz" MTK və "Qala-R.L" MTK), "NLT" MMC və "Premium Store" MMC yerləşir. Mehdiyev ailəsinə həm də "NLT" MTK, "Servis" MTK, "Grand Palace" MTK, "Astoriya" MTK, "Astoriya Tibb Mərkəzi" MMC və "Qrandezza" MMC də məxsusdur. Astoriya Tibb Mərkəzi 2020-ci ildən "German Hospital" adı altında fəaliyyət göstərir. "Gandezza" ticarət mərkəzi Bakıda, Nizami adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.

6. Ramiz Mehdiyevin gəlini Bank BTB ASC-nin əsas səhm sahibidir - 75%. Yəni bank kapitalının 50 milyon manatı onundur. Bank BTB ASC həm də "BTB Leasing" ASC və "BTB Kapital İnvstisiya Şirkəti" ASC-nin təsisçisidir.

7. "Şərq-Qərb" nəşriyyatı Mehdiyevlərə aiddir. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın geniş ərazisi var. Torpağın bir hissəsində dördbloklu, 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı "Şərq-Qərb Mülk" MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib.

"Şərq-Qərb" ASC-nin "orbitində" daha bir neçə şirkət ("Şərq-Qərb Nəşriyyat Evi" MMC, "Qlobal East VVest" MMC) var.

8. R.Mehdiyevin "Sədərək" və "Binə" ticarət mərkəzlərinə şərikliyi olduğu iddia edilir.

9. Bakının Tiflis prospektində dəbdəbəli villa. Bir müddət əvvəl 8 milyon ABŞ dollarına satışa çıxarılmışdı. 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu qeyd edilir.

10. Ramiz Mehdiyevin Göyçay, Şamaxı, Göygöl və digər ərazilər də daxil olmaqla, ölkənin regionlarında çoxsaylı villalara sahib olması haqda məlumatlar var.

Təbii ki, Ramiz Mehdiyev cinayət əməlində tək olmayıb. Onunla eyni mövqedən çıxış edənlər olub. Həmin şəxslərdən bir də Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirovdur. Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər kimi xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Eldar Əmirova da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əmirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinən E.Əmirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İ.ƏLİYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑