Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü S.Q isə həyatını itirib. Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Mətləb



.jpg)