Dünya · SİA

Konqoda üsyançıların hücumu nəticəsində 11 nəfər həlak olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Konqoda üsyançıların hücumu nəticəsində 11 nəfər həlak olub xəbəri üçün şəkil

Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində üsyançıların silahlı hücumu nəticəsində 11 mülki şəxs həlak olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ölənlərin əksəriyyətinin qadın olduğu bildirilir.

Məlumata görə, “Konqonun İnkişafı Alyansı” (CODECO) adlı üsyançı qrup İturi əyalətinin Cüqu bölgəsindəki kəndlərdən birində mülki şəxslərə hücum edib. Hadisə nəticəsində çoxlu sayda insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.

Hücumdan sonra təxminən 100 mülki şəxs BMT-nin Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının (MONUSCO) bazasının ətrafına sığınıb. BMT sülhməramlıları mülki əhalini qorumaq və yeni hücumların qarşısını almaq məqsədilə ərazidə patrul xidmətini gücləndiriblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑