Dünya · Ölkə.az

Ər-Riyad hava limanı fəaliyyətini dayandırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ər-Riyad hava limanı fəaliyyətini dayandırdı xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, hava limanı dəymiş ziyanın qiymətləndirilməsi və obyektlərin təhlükəsizliyinin yoxlanılması başa çatana qədər fəaliyyət göstərməyəcək.

"Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı şənbə günü günün ikinci yarısında hücuma məruz qalıb. Hücum nəticəsində bir neçə nəfər yaralanıb, hazırda onların dəqiq sayı müəyyənləşdirilir", - qurumun bəyanatında bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Saudia Airlines" milli aviaşirkətinin pilotu və ölkənin daha iki vətəndaşı husilərin Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına endirdiyi zərbələr nəticəsində həlak olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑