"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda sabah Bakıda "Slaviya"ya qarşı keçirəcəkləri oyun barədə danışıb. SİA xəbər verir ki, litvalı mütəxəssis matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- "Mançester Yunayted"lə oyunda nəticə gözləyənlərin sayı az idi. Sabahkı rəqib isə sizin üçün daha münasib görünür. "Slaviya" üzərində qələbə gözləmək olarmı?
- Belə səviyyəli oyunlarda meydana çıxarkən əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Hamı yaxşı nəticə gözləyir. "Slaviya" da qələbə qazanmaq istəyir. 90 dəqiqə ərzində çox şey baş verə bilər.
- Rəqib uzun müddətdir səfərdə qələbə qazana bilmir...
- Bəli, bu barədə məlumatımız var. Ola bilsin, onlar bizi asan rəqib hesab edirlər. Biz isə bunun əksini sübut edə bilərik. Bu, mənim üçün əlavə motivasiyadır. Biz artıq möcüzə yaratmışıq.
- "Sabah"la tarix yazdınız. Türkiyə futbolu haqda fikirləriniz necədir?
- Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Mən azərbaycanlı deyiləm, amma buradayam və Türkiyə futbolunun uğurlarından xəbərdaram. Orada fantastik futbolçular var. Azərbaycan da futbolda öz tarixini yazmağa davam edir. Türkiyədə futbolu bizim üçün nümunədir. Orada möhtəşəm azarkeşlər var. İnanıram ki, Azərbaycanda da eyni cür azarkeşlər olacaq.
Qeyd edək ki, "Sabah" - "Slaviya" qarşılaşması oktyabrın 13-də Bakıda keçiriləcək və saat 20:45-də start götürəcək.
Sosial
12 Oktyabr 23:54
DTX Masazırda avtomobilləri yandıran şəxsləri həbs edib
Dünya
12 Oktyabr 23:29
ATƏT sədri İrəvan və Tiflisə gedəcək
İdman
12 Oktyabr 23:00
"90 dəqiqə ərzində çox şey baş verə bilər"
Dünya
12 Oktyabr 22:31
Çoxlu hərəkət var, elə deyilmi?
Dünya
12 Oktyabr 22:02
“Yanukoviç hipertonik böhrandan əziyyət çəkir...”
Dünya
12 Oktyabr 21:33
“Lukaşenko Belarusu Rusiyanın hərbi infrastrukturuna çevirir”...
Dünya
12 Oktyabr 21:04
Ukrayna Kremlin trollarını “söndürdü”
Dünya
12 Oktyabr 20:35
WSJ: Skandinaviya bölünmüş dünyada çiçəklənir...
Dünya
12 Oktyabr 20:06
“Bu, bioloji silah sınağı ola bilər…”
Siyasət
12 Oktyabr 19:57





