İdman · Globalinfo.az

Yamal üçün tarixi şans: “Qalatasaray”la matçda rekord qıra bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yamal üçün tarixi şans: “Qalatasaray”la matçda rekord qıra bilər xəbəri üçün şəkil

“Barselona”nın gənc futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında Kilian Mbappenin rekordunu təkrarlamağa yaxındır. İspaniyalı vinger 20 yaşına çatmamış turnirdə ən çox qol vuran futbolçu olmaq şansı əldə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tribuna” nəşri məlumat yayıb.

19 yaşlı Yamal Çempionlar Liqasında keçirdiyi 34 matçda 12 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun 2026–2027-ci illər mövsümünün liqa mərhələsinin ilk turunda “Feyenoord”un qapısına vurduğu qol turnirdəki ümumi qol sayını 12-yə çatdırıb.

Hazırda 20 yaşına qədər Çempionlar Liqasında 13 qol vuran Kilian Mbappe bu göstərici üzrə rekordçudur. Yamalın fransalı hücumçunun nəticəsini təkrarlaması üçün daha bir qol vurması kifayətdir.

İspaniyalı futbolçu rekord uğrunda növbəti fürsətini oktyabrın 13-də İstanbulda “Qalatasaray”a qarşı keçiriləcək matçda əldə edə bilər. Yamal bir qol vuracağı təqdirdə Mbappenin göstəricisinə çatacaq, iki və ya daha çox qol vurarsa, onu geridə qoyacaq.

Gələn ilin iyulunda 20 yaşı tamam olacaq Yamalın rekordunu yeniləmək üçün hələ vaxtı var. “Qalatasaray”la qarşılaşma gənc futbolçu üçün bu istiqamətdə növbəti mühüm sınaq olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑