Dünya · SİA

Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub xəbəri üçün şəkil

Əfqanıstan və Pakistan hərbçiləri arasında Paktiya vilayətinin sərhədyanı ərazisində silahlı toqquşma olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “TOLOnews” portalı Əfqanıstan qüvvələrinin 203-cü “Mənsuri” ordu korpusunun rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, insident iki ölkə arasında Kabildə tanınmayan Durand xətti boyunca, Dand-Patan bölgəsində baş verib.

Əfqanıstan tərəfi atəşi ilk olaraq Pakistan hərbçilərinin açdığını, bundan sonra əfqan bölmələrinin cavab verdiyini bildirib. Ordu rəsmisinin sözlərinə görə, Əfqanıstan hərbçiləri arasında itki yoxdur və toqquşma başa çatıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑