Dünya · Sfera.az

Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu xəbəri üçün şəkil

Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub.

Sfera.az xəbər verir ki, bu barədə "Sky News" Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinə (UKMTO) istinadən məlumat yayıb.

Hadisənin başvermə səbəbi və şəraiti ilə bağlı əlavə təfərrüatlar hələlik dəqiqləşdirilir.

UKMTO-nun məlumatına görə, tanker boğazdan çıxarkən sol bortundan vurulub və gəmidə yanğın baş verib.

Ekipaj üzvlərinin təhlükəsizlikdə olduğu bildirilir. Gəmiyə dəymiş ziyanın miqyası və hadisənin ətraf mühitə mümkün təsirləri hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır. Bölgədən keçən gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑