İdman · Sfera.az

Daha bir güləşçimiz dünya çempionu ola bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Daha bir güləşçimiz dünya çempionu ola bilər xəbəri üçün şəkil

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

Sfera.az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın iki qadın güləşçisi mübarizəyə qoşulacaq.

Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) xalça üzərinə çıxacaq.

Həmçinin, üç yunan-Roma təmsilçimiz medallar uğrunda mübarizə aparacaq.

Nihat Məmmədli (63 kq) finalda Karen Aslanyanla (Ermənistan) qarşılaşacaq, Həsrət Cəfərov (67 kq) bürünc medal üçün güləşəcək. Onun rəqibi hələlik müəyyənləşməyib.

Bundan başqa, ilk təsəlliverici görüşünü uğurla keçən İslam Abbasov (87 kq) gürcüstanlı Laşa Qobadzeni də məğlub etsə, özbəkistanlı Məhəmmədqodir Rasulovla bürünc medal duelinə çıxacaq.

Xatırladaq ki, DÇ noyabrın 1-də yekunlaşacaq.

Azərbaycan komandasının aktivində hələlik 2 medal var - yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑